"Rabitə"nin əsas oyunçularından biri zədələnib

Sayta qoyulub: 14:22 10.10.2013 (221 dəfə oxunub)

Azərbaycan çempionu “Rabitə” ciddi itki ilə üzləşib. Bakı təmsilçisi amerikalı blokçu Foluke Akinradevonun xidmətindən hələlik yararlana bilməyəcək.  Belə ki, ötən il də komandanın uğurunda böyük pay sahibi olan legioner zədələnib. Onun yanvara kimi sıradan çıxdığı bildirilir.  Qeyd edək ki, Akinradevo 2012/2013 mövsümündə “Rabitə”nin əsas heyət voleybolçusu olub.

XƏBƏR LENTİ