Teymur üstünlüyünü qələbəyə çevirə bilmədi

Sayta qoyulub: 07:04 11.10.2013 (162 dəfə oxunub)

Rumıniyanın paytaxtı Buxarestdə “Kings” beynəlxalq yarışında 4-cü tur arxada qalıb. 5 şahmatçının qatıldığı mücadilədə təmsilçimiz Teymur Rəcəbov (2733) ağ fiqurlarla Liviu-Diter Nisipianu (2665) ilə görüşüb.

 

Bu matçda tərəflər Nimtsoviç müdafiəsin üzərində dayanıblar. Mittelşpildə artıq piyadaya yiyələnən qrossmeysterimiz, endşpildə xeyli fiqurları dəyişərək, vəziyyəti daha xeyrinə dəyişib. Gərgin matç uzun çəkib. Zəka sahibləri 116 gediş oynayıblar. Teymur bir fil üstün olsa da, toplu sonluğu xeyrinə dəyişə bilməyib və görüş heç-heçə bitib.

 

Digər partiyada italiyalı Fabianu Karuana (2796) çinli Van Hao (2733) ilə qarşılaşıb. 47-ci gedişdə şahmatçılar sülh bağlayıblar. Bu turda rusiyalı Ruslan Ponomaryov (2756) istirahət edib.

 

4 turdan sonra yarış cədvəlinə 2 xalla Karuana və Nisipianu liderlik edirlər. Rəcəbovla Ponomaryovun 1,5 xalı var. Hao 1 xalla sonuncudu.

 

 

 

 

Azerisport.az

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ