Teymur Məəmmədovun zədəsi uğurlu çıxışına mane ola bilər

Sayta qoyulub: 10:08 11.10.2013 (166 dəfə oxunub)

Sabah Qazaxıstanın Almatı şəhərində usta boksçular arasında dünya çempionatı start götürəcək. Bu yarışda millimiz tam heyətlə iştirak edəcək. Rəqabətdə yenə iddialıyıq.

Çunki Xəzər sahili ölkəyə lider boksçularla yollanmışıq. Mütəxəssislərin fikrincə, medala namizədlərdən biri Teymur Məmmədovdu (91 kq). Son zamanlar gənc idmançı beynəlxalq arenalarda sabit çıxış edir, yüksək nəticələr qazanır.

Dünya çempionatı ərəfəsi son gedişatı öyrənmək üçün, titullu boksçu ilə əlaqə saxladıq. Bizimlə söhbətdə, o bildirdi ki, hazırda yaxşı formada deyil və buna görə yarışda yüksək yerlər tutması çətin məsələdi:

“İndi elə vəziyyətdəyəm ki, yalnız medala ümid edirəm. Səhhətimlə bağlı problem var. Yəqin xatırlayırsınız, Minskdə keçirilmiş Avropa çempionatında barmağımdan da zədələnmişdim. Ayağımda da ağrılar vardı. İndi-indi özümə gəlməyə başlamışam. Allah özü kömək olsun. İnşallah, hər şey yaxşı olar”.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ