"Azəryol" "Rabitə"ni məğlub edib

Sayta qoyulub: 09:41 13.10.2013 (177 dəfə oxunub)

Bakıda 4 qadın voleybol klubunun iştirakı ilə beynəlxalq turnir davam edir. 2-ci turda ölkə çempionatında əzəli rəqiblər olan “Rabitə” ilə “Azəryol” (Azərreyl) klubları üz-üzə gəliblər.

Gərgin matçda “dəmiryolçular» rəqibini “quru” hesabla məğlub edib - 3:0 (25:23, 25:19, 25:23).

Digər oyunda “İqtisadçı” Türkiyə “ “Bursaspor”unu üstələyib - 3:1 (20:25, 25:22, 25:23, 27:25).

XƏBƏR LENTİ