Tur de Parisdə 25-ci mərhələ başa çatdı

Sayta qoyulub: 06:34 14.10.2013 (163 dəfə oxunub)

Paris tur veloyürüşünün növbəti 25-ci mərhələsində iştirakçılar Oton Dyudan Perşə qədər 235 km-lik məsafəni qət ediblər. Yürüşün bu mərhələsi gərgin mübarizə ilə yadda qalıb. Uzun müddət gah bir, gah da 2-3 velosipedçi birlikdə liderlik ediblər. Sonda isə qələbəni almaniyalı velosipedçi bayram edib. Belə ki, Arqos Şimano komandasının üzvü Yon Degenkolb 235-lik məsafəni 5 saat 29 dəqiqə 19 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb. Danimarkalı idmançı Saxo Tinkof komandasını təmsil edən Mixail Merkef eyni nəticə ilə ikinci pilləni tutub. Fransanın FDJ komandasından Arno Demar finişə 3-cü çatıb. Qeyd edək ki, bu mərhələdə Rusiya velosipedçiləri o qədər də uğurlu çıxışla yadda qalmayıblar. Onlar arasında ən yaxşı nəticəni Katyuşanın üzvü Vyaçeslav Kuznetsov göstərib. O, 25-ci olub.<o:p></o:p>

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ