Teymur Məmmədovun DÇ-dəki rəqibi bilindi

Sayta qoyulub: 13:37 14.10.2013 (172 dəfə oxunub)

Bu gün Qazaxıstanın Almatı şəhərində boks üzrə dünya çempionatına start verilib. Baluan Şolak İdman Sarayında keçirilən yarışda 111 ölkənin 457 dəri əlcək ustası mübarizə aparır. Azərbaycan idmançıları mundialın ikinci günündə rinqə çıxacaqlar. Turnirin ilk günündə isə Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədovun rəqibi məlum olub. 91 kq çəki dərəcəsində çıxış edən boksçumuz 1/16 final mərhələsində nigeriyalı Efetobor Apoçi ilə qarşılaşacaq. Apoçi ilk döyüşdə Türkiyə nümayəndəsi Seyda Keseri məğlub edib – 2:1. Məmmədov Apoçi ilə oktyabrın 18-də görüşəcək.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ