Azərbaycan çempionatında növbəti tur başa çatdı

Sayta qoyulub: 08:15 17.10.2013 (190 dəfə oxunub)

Kişi otüstü hokkeyçilərdən ibarət 12-ci açıq ölkə çempionatında iştirak edən Rusiyanın Azov şəhərini təmsil edən TANA klubu, otyabrın 16-da səhər saatlarında Bakıya gəlib. Qonaqlar günün ikinci yarısında 2-ci dövrənin ilk matçına çıxıb.
Sumqayıtın "Gənclik" komandası ilə görüşən şimallılar böyük hesabla qələbə qazanıblar - 12:1. 
9 oyundan 22 xal toplayan TANA yarış cədvəlində bir pillə yüksəlib. Rəqibindən 2 görüş artıq keçirən "Akkord" klubu liderliyini davam etdirir.
Bu gün yüksək dəstədə çıxış edən kişi otüstü hokkeyçilərdən ibarət komandalar növbəti turun oyunlarını keçirəcəklər. Saat 12.00-da "Atasport" (Bakı) – TANA, bu görüşdən sonra "Şahdağ" (Qusar) - "Akkord" (Bakı) kollektivləri qarşılaşacaqlar.
 
Komanda
O
Q
H
M
Qol
Xal
"Akkord" (Bakı)
11
8
3
0
55-14
27
XK TANA (Azov)
9
7
1
1
57-13
22
"Atasport" (Bakı)
11
6
2
3
46-22
20
"Şahdağ" (Qusar)
12
3
0
9
45-49
9
"Gənclik" (Sumqayıt)
13
1
0
12
14-119
3

 


 

 

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ