Bu gün voleybol üzrə Azərbaycan çempionatı başlayır

Sayta qoyulub: 08:24 17.10.2013 (256 dəfə oxunub)

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının yeni mövsümünə start veriləcək. İlk oyun günündə 3 qarşılaşma baş tutacaq.  2013/2014 mövsümünün açılış matçında son illərin dəyişməz çempionu “Rabitə” farm-klubu hesab olunan “Telekom”la üz-üzə gələcək. Angiolino Frigoni başçılıq etdiyi komanda görüşün aşkar favoritidir. 

Ardınca “Azəryol” öz “bacısı” – “Azərreyl”i sınağa çəkəcək. Birincilərin asanlıqla ilk qələbəsini qazanacağını əvvəlcədən də proqnozlaşdırmaq olar. 

Turun son görüşü isə ilk 2 matçla müqayisədə daha maraqlı olacaq. Həmin qarşılaşmada “İqtisadçı” “Lokomotiv”lə gücünü yoxlayacaq. Düzdür, universitet komandası rəqibi ilə müqayisədə güclüdür, lakin “dəmiryolçuların” da ciddi müqavimət göstərəcəyini gözləmək olar. 

I tur
15:00. “Rabitə” – “Telekom” 
17:00. “Azəryol” – “Azərreyl” 
19:00. “İqtisadçı” – “Lokomotiv”

Qeyd edək ki, bu qarşılaşmadan sonra yarışda qeyri-müəyyən vaxta kimi fasilə yaranacaq.
 

XƏBƏR LENTİ