Migitinov yamaykalı boksçunu 2 dəfə noqdauna saldı

Sayta qoyulub: 20:57 17.10.2013 (232 dəfə oxunub)

Qazaxıstanın Almatı şəhərində usta boksçular arasında dünya çempionatında 4-cü günün döyüşləri keçirilib. Axşam proqramında Sultan Migitinov (75 kq) yamaykalı Conatan Hansonla qarşılaşıb.

 

Bu döyüş cəmi bir raund çəkib. İdmançımızın güclü zərbələri önündə aciz qalan rəqib 2 dəfə noqdauna duşub və sonradan döyüşü davam etdirə biməyib. 1/16 finalda təmsilçimizin oppenenti yerli boksçu Canıbəy Alimxanul olacaq.

 

Nəzərinizə çatdıraq ki, Sultan Migitinovdan savayı, Cavid Çələbiyev (56 kq), Elvin İsayev (60 kq), Heybətulla Hacəliyev (64 kq), Pərviz Bağırov (69 kq) da ilk mərhələni uğurla adlayıblar.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ