Şəmkirdə velosiped üzrə Azərbaycan çempionatı başlayır

Sayta qoyulub: 13:38 18.10.2013 (202 dəfə oxunub)

Sabah velosiped idmanı növü üzrə ölkə birinciliyi keçiriləcək. 3 gün davam edəcək yarış qərb bölgəsində baş tutacaq. Oktyabrın 19-da, saat 10:00-da Şəmkirdə start veriləcək rəqabət kriterium üzrə aparılacaq. Marşrut 60 km məsafəni əhatə edəcək. Birisi gün paleton Tovuz - Gədəbəy istiqaməti üzrə qrup yarışlarına çıxacaqlar. Bu mərhələ 120 km-di.

Çempionatın ayın 21-də idmançılar fərdi yarışlarda bacarıqlarını nümayiş etdirəcək. Tovuz- Qovlar marşrutun uzunluğu 25 km olacaq.


  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ