Teymur Məmmədov dünya çempionatının 1/8 finalında

Sayta qoyulub: 17:40 18.10.2013 (187 dəfə oxunub)

Dünya çempionatının gümüş mükafatçısı, Olimpiya oyunlarının bürünc medalçısı Teymur Məmmədov Almatıda ilk qələbəsini qazanıb. Milli komandamızın üzvü dünya çempionatında ilk döyüşünü nigeriyalı Efetobor Apoçiyə qarşı keçirib. Rəqibindən daha yaxşı təsir bağışlayan həmyerlimiz 1\8 final mərhələsinə vəsiqə qazanıb – 3:0 (29:28, 29:28, 29:28). Teymur növbəti görüşünü AİBA bayrağı altında çıxış edən hindistanlı Manpreet Sinqə qarşı keçirəcək. Qeyd edək ki, Hindistan Boks Federasiyası AİBA-dan xaric olunduğundan bu ölkənin boksçuları hazırda beynəlxalq federasiyanın bayrağı altında çıxış edirlər.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ