Millinin DÇ-dəki oyunlarının təqvimi açıqlandı

Sayta qoyulub: 11:33 07.11.2013 (196 dəfə oxunub)

Qadın voleybolçulardan ibarət milli komandamızın 2015-ci ildə keçiriləcək dünya çempionatında iştirak etmək üçün, təsnifat mərhələsində «J» qrupunda oynayacaq matçların vaxtı müəyyənləşib.

 

Final mərhələsinə qrup qalibləri və 2 ən çox xal toplayan 2-ci yerin sahibələri çıxacaqlar. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv həlledici raunda 2 dəfə vəsiqə qazanıb. Yaxın keçmişdə, 1994-cü ildə Braziliyada təşkil olunmuş mundialda 12 komanda arasında 9-cu olan millimiz, 2006-cı ildə Yaroniyada, Koreya yığması ilə 13-14-cü yerləri bölüşdürmüşdü.

 

1-ci tur (3 yanvar 2014)

16:00 Serbiya - Estoniya

19:00 Azərbaycan - İsrail

 

2-ci tur (4 yanvar)

16:00 Serbiya - İsrail

19:00 Estoniya - Azərbaycan

 

3-cü tur (5 yanvar)

16:00 İsrail - Estoniya

19:00 Azərbaycan - Serbiya

XƏBƏR LENTİ