CEV rəsmiləri Bakıya gəliblər

Sayta qoyulub: 17:14 07.11.2013 (145 dəfə oxunub)

2015-ci ildə paytaxtımızda keçiriləcək ilk Avropa oyunları ilə bağlı Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmiləri bu gün ölkəmizə gəliblər. CEV prezidenti Andre Mayer, 1-ci vitse-prezident Yan Xronek və vitse-prezidentlər Aleksandr Boriçiç, Renato Arena 2 gün ərzində işgüzar görüşlər keçirəcəklər.

Səfər çərçivəsində qonaqlar Bakı-2015-də təşkil olunacaq Kristal Saray və çimərlik voleybolu üzrə meydana baş çəkəcəklər. Sonra rəsmilər AVF-in prezidenti Ziya Məmmədovla, eləcə də gənclər və idman naziri Azad Rəhimovla görüşəcəklər.

XƏBƏR LENTİ