Qadın güləşçilərimizin rəqibləri müəyyənləşdi

Sayta qoyulub: 09:36 08.11.2013 (145 dəfə oxunub)

Sabah Moskvada güləş üzrə komandalararası Avropa kuboku start götürəcək. Artıq milli komandalarımızın qrupda rəqibləri müəyyənləşib.

 

İlk yarış günündə rəqabətə qadın pəhləvanlar başlayacaqlar. “A” qrupunda yığmamız Rusiya və Bolqarıstan kollektivləri ilə qarşılaşacaqlar.

 

Digər tərəfdə Polşa, Almaniya və Ukrayna güləşçiləri baş mükafat uğrunda mübarizə aparacaqlar. Görüşlər saat 10:00-da başlayacaq.

 

9-10 noyabrda yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar. Qrupda görüşlər saat 12:00-da başlayacaq. Adıçəkilən proqramda Azərbaycan, Türkiyə, Rusiya, Bolqarıstan, Gürcüstan və Ermənistan yığmaları iştirak edəcəklər.

XƏBƏR LENTİ