Qadın güləşçilərimiz Rusiya və Bolqarıstana məğlub oldu

Sayta qoyulub: 10:05 09.11.2013 (223 dəfə oxunub)

Moskvada güləş komandaları arasında Avropa kuboku start götürüb. Dünən  ilk olaraq mübarizəyə qadın pəhləvanlar başlayıblar. Zəif heyətlə təmsil olunan millimiz yekunda sonuncu yeri tutub.
Gərgin rəqabətdə komandamız Rusiya və Bolqarıstanla eyni yarımqrupda mübarizə aparıb. !ığmamız hər iki görüşdə məğlub olub. Rusiya ilə qarşılaşma 0-7 rəqiblərin üstünlüyü ilə tamamlansa da, Bolqarıstan millisi ilə matç 3-4 bitib. Beləliklə, güləşçilərimiz qrupda sonnucu olub.
Reqlamentə əsasən, yarımqrupda 1-ci yeri tutanlar finalda, 2-ci olanlar bürünc medal uğrunda, son pillədə qalan kollektivlər 5-6-cı yerlər uğrunda mübarizə aparıblar.
Maraqlı idman mücadiləsi şəraitində keçimş qarşılaşmalarda millimiz digər qrupun 3-cüsü Polşaya 3-4 uduzub. Avropa kubokunu finalda Ukraynanı üstələyən meydan sahibələri qazanıblar. 
 
Rusiya - Azərbaycan 7:0
 
48 kq. Valeriya Çepsarakova - Kəmalə Əliyeva 8-1
51 kq. Stallvira Orşuş - Arzu Əliyeva 10-2
55 kq. İrina Kisel - Solmaz Həşimzadə 8-0
59 kq. Svetlana Lipatova - Alyona Kolesnik 8-0
63 kq. Yuliya Bartnovskaya - Almaz İsmayılova 5-0
67 kq. Svetlana Babuşkina - Gözəl Zutova 9-2
72 kq. Yekaterina Bukina - Natalya Palamarçuk 9-0
 
Azərbaycan - Bolqarıstan 3:4
48 kq. Kəmalə Əliyeva - Kristina Veleva 8-0
51 kq. Arzu Əliyeva - Valya Trandeva 0-7
55 kq. Solmaz Həşimzadə - Evelina Nikolova 9-15
59 kq. Alyona Kolesnik - Mimi Xristova 0-5
63 kq. Almaz İsmayılova - Taybe Huseyn 0-8
67 kq. Gözəl Zutova - Viktoriya Bobeva 8-0
72 kq. Natalya Palamarçuk - Dayana İvanova 7-0
 
Azərbaycan - Polşa  3-4

XƏBƏR LENTİ