Xetaq Qazyumov qran-pri turnirində iştirak etməyəcək

Sayta qoyulub: 11:42 12.11.2013 (152 dəfə oxunub)

Sərbəst güləşçilərimiş ayın sonunda “Sərhədçi” Olimpiya İdman Kompleksində keçiriləcək FİLA-nın “Qızıl qran-pri” turnirinin final mərhələsinə hazırlaşırlar. AGF bu yarışda da baş mükafata iddialı olacaq.

Ona görə, paytaxtda təşkil olunacaq rəqabətdə əksər titullu bahadırlarımız iştirak edəcəklər. Amma çox güman, güləşsevərlər milli komandamızın kapitanı Xetaq Qazyumovun çıxışını izləyə bilməyəcəklər.

Titullu pəhləvan əməkdaşımızla söhbətdə deyib ki, dünya çempionatında aldığı zədə onu incidir: “Ayağımda zədəm var. Müalicə alıram. Ola bilsin, “Qızıl qran-pri” turnirini buraxdım. Qarşıda hələ çox yarış var. Öz sözümü bir daha deyəcəyəm”.

Olimpiya oyunlarının 2-qat bürünc mükafatçısı Bakı-2015-də də uğur qazanmaq niyyətindədi. Bütün mötəbər yarışlarda fərqlənən Xetaq qitə olimpiadasında Rio-2016-ya vəsiqə qazanmaq arzusundadı:

“İlk Avropa oyunları doğma divarlar arasında keçiriləcəyindən, məsuliyyətimiz birə-beş artır. Bu tədbir ilk dəfə təşkil olunacağından, biz idmançılara çox maraqlı gəlir. Çalışacağam baş mükafata sahib çıxım. Çunki belədə, Rio olimpiadasına lisenziya ala bilərəm”.

XƏBƏR LENTİ