Rəşid adıyla milli komadamızda oynayan Şamil : "Azərbaycanlılar çox hiyləgərdirlər."

Sayta qoyulub: 09:32 15.11.2013 (349 dəfə oxunub)

Rəşid adıyla milli komadamızda oynayan Şamil : "Azərbaycanlılar çox hiyləgərdirlər."

 

Bir vaxtlar milli komandamıza dəvət alan Şamil Lahiyalov Rusiya mətbuatına geniş müsahibə verib.O digər məqamlara toxunduğu kimi karyerasının Azərbaycanla bağlı səhifəsinin də üzərindən yan ötməyib.

 

 

 - Karyeranızı belə tez başa vurmanız bizi şübhələndirir.Bəlkə əsl yaşınızla pasportda yazılan eyni deyil?

İndi artıq bu haqda danışa bilərəm.90-cı illərin sonunda Anjiyə düşmək çətin idi.Azərbaycana yoldaşlıq oyununa yollanmışdım. Orada isə mənə "1982-ci il doğum ili göstərilmiş pasport tapa bilirsənsə qal" - dedilər.Mən də kiçik qardaşım Rəşidin pasportunu gətirdim.


 - Siz bu qədər oxşayırsınız?

Doğum haqqındakı şəhadətnamədə şəkil yoxdur.Mən 1979-cu iləm.Ancaq bir az cılız idim.Mənə pasportu düzəlt və bizdə oyna dedilər.


 - Bəs, nə mane oldu?

İlk müqaviləmə əsasən məvacibim 470 rubl idi. Lipa pasport üçün isə məndən 4 min istədilər. Ona görə də hər şeyə tüpürüb Dağıstana qayıtdım.


 - Azərbaycanda sizi necə çağırırdılar? Şamil?

Rəşid. Ancaq adım və soyadım yazılmış Dağıstan qəzetini gördükdən sonra məndən "Əslində sən Şamilsən?" soruşdular. - "Yox , Rəşidəm". Ancaq azərbaycanlılar hiyləgər milltədir. Yarım saatdan sonra televizora baxanda kimsə çağırdı : "Şamil!". Mən də baxdım. Hamıya hər şey məlum oldu.


 - Boynunuza aldız?

Sona qədər dayandım. Hətta Azərbaycanın yeniyetmələr yığmasında da oynadım.

XƏBƏR LENTİ