Kişi voleybolçulardan ibarət milli komandamıza yeni baş məşqçi təyin olundu

Sayta qoyulub: 19:13 15.11.2013 (242 dəfə oxunub)

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub. Yeni formalaşan yığmamızı kubalı Silie Tabares Leonardo çalışdıracaq. 
Bu gün Azərbaycan Voleybol Federasiyasında 51 yaşlı mütəxəssislə görüş keçirilib. Qurumun I vitse-prtezidenti Faiq Qarayev və baş katibi Elşən İsmayılov komandada olan problemlər ilə maraqlanıblar. Söhbət zamanı qarşıda duran planlar müzakirə olunub. 
Həmçinin, komandamızın 2014-cü ilin mayından Avropa Liqasına qatılması qərara alınıb. Bu da 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq məqsədi daşıyır. 
Qarayev milli komandanın oyunçularının problemlərindən, komandanın yüksək səviyyədə məşq etməsi üçün hər bir şəraitin yaradılmasını ən əsas məsələ olaraq vurğulayıb və bunun üçün lazım olan köməkliyin ediləcəyini deyib. 
Qeyd edək ki, Leonardo bu postda Sahib Əliyevi əvəzləyib.

Apasport.az 

XƏBƏR LENTİ