Luis Suarezə daha bir komanda "elçi" düşdü.

Sayta qoyulub: 13:56 18.11.2013 (387 dəfə oxunub)

İngiltərənin "Liverpul" klubu və Uruqvay millisinin hücumçusu Luis Suarezə daha bir komanda "elçi" düşüb.


Britaniya mətbuatınin istinadən verdiyi məlumata görə, İtaliyanın "Yuventus" klubu 26 yaşlı futbolçunun xidmətində maraqlıdır.


Turin təmsilçisi dekabr ayının sonlarında "Liverpul"a rəsmi təklif göndərəcəyini açıqlayıb. Son İtaliya çempionu Suarez üçün iki futbolçusu - Leonardo Bonuççi və Kladio Markisyonu qarşı tərəfə verməyə hazırdır.


Qeyd edək ki, Suarezin qış transfer pəncərəsi dönəmində "Real" (Madrid) klubuna keçəcəyi gözlənilir

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ