Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Sadıq Sadıqov: “Çempionluğu qeyd etmək hələ tezdir”

Sayta qoyulub: 13:00 09.03.2012 (515 dəfə oxunub)

“Neftçi” klubunun prezidentiu Sadıq Sadıqov Unibank Premyer Liqasının təsnifat mərhələsində komandasının oyunuyla bağlı  sualları cavablandırıb


- “Neftçi” çempionatın final mərhələsinə lider kimi getdi. Ümumilikdə, klubunuzun təsnifat mərhələsindəki çıxışına necə qiymət verirsiniz?

-  “Neftçi”nin oyunu göz qabağındadır. Qış təlim-məşq toplantısından sonra “Neftçi” oyunlarını daha yüksək səviyyədə keçirir. Düzdü, “Turan” və “Rəvan”la çətin oyunlarımız da oldu. Amma eyni zamanda “Bakı” üzərindəki inamlı qələbə ondan xəbər verir ki, komanda qış fasiləsində çox yaxşı hazırlaşıb və  çempionluq uğrunda mübarizəni davam etdirir.


- Bir çox futbol mütəxəssisi “Neftçi”ni çempionluğa əsas namizəd sayır. Siz  özünüz bununla bağlı nə deyərdiniz?

- Mən belə düşünmürəm. Bu gün ilk “atılıq”dakı  komandaların hamısı çempionluğa layiqdir. Bilirsiniz ki, “Neftçi”nin futbolçuları xeyli vaxdır bir yerdədir. Artıq oturuşmuş heyətə malikik. Futbolçular artıq adaptasiya müddətini keçiriblər. Təkcə “Neftçi” və “Qarabağ”ın adaptasiya baxımından heç bir problemi yoxdur. “Neftçi” kimi “Qarabağ”ın da futbolçuları xeyli müddətdir, bir yerdə çıxış edir. İndidən çempionluğu qeyd etmək tezdir. Çünki dediyim kimi, “altılıq”da bizə rəqib olan beş komandanın hamısı çempionluq uğrunda mübarizə aparacaq.

- Yəni xüsusi fərqləndirəcəyiniz rəqib yoxdur?

- Yox. İlk “altılıq” elə bir sistemdir ki, zəif rəqib yoxdur. Fikirləşdiyim ən zəif rəqib belə, çempion ola bilər. İlk “altılıq”da on oyun olacaq . Bu isə maksimum 30 xal deməkdir. Hər bir komanda öz çıxışlarını uğurlu davam etdirsə, çempion ola bilər.

- Son zamanlar mətbuatda “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin komandanın futbolçuları Denis Silva və Saşa Stamenkoviçin  arasında soyuqluq yaranması haqda məlumatlar dolaşır. Belə fikir səslənir ki, baş məşqçi buna görə onları meydana buraxmır...

- Biz idman təşkilatıyla yanaşı həm də bir ailə yaratmışıq. “Neftçi”böyük bir ailədir. Hər bir ailədə söz-söhbət olur. Hər bir ailə başçısının öz ailəsinə hərdən etirazı da olur. Eləcə də hər bir klubda söz-söhbət yaranır. Lakin bu olanlar elə bir qlobal söhbət deyil. Stamenkoviçlə bağlı onu demək istəyirəm ki, bu gün o adlı-sanlı tanınmış legionerlərdəndir. Amma unutmayaq ki, bizim Rauf Mehdiyev kimi təcrübəli qapçımız da var. Özünüz bilirsiniz ki, Raufla biz keçən il çempionluq da yaşamışıq. Bu mənada, biz Raufa də şans verməliydik. Qapçıyla baş məşqçinin heç bir problemi yoxdur. Denis Silvaya gəlincə, onun ayağında ağrılar var idi. Buna görə də ona bir az fasilə verdik ki, ilk “altılıq” oyunlarına kimi tam hazır olsun və bizə kömək etsin.

- Bəs, Emil Mpenzanın məsələsi nə yerdə qaldı?

- Mpenzanın məsələsi qapanıb. Onunla müqavilə ləğv okunub. Mpenzaynan bağlı FİFA-ya müraiciət olunub.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat