İlk oyunda "Araz Naxçıvan" qalib gəldi

Sayta qoyulub: 09:49 29.04.2012 (121 dəfə oxunub)

Heydər Əliyev adına İdman-Konsert Kompleksində basketbol üzrə Azərbaycan çempionatının final mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, öncə üçüncü yer uğrunda mübarizə aparan “Çağ Öyretim”lə “NTD-Tudor” qarşılaşıb.

“NTD-Tudor” 63:54 hesabıyla qələbə qazanıb. Nəticədə bu komanda bürünc medallara xeyli yaxınlaşıb.

  Daha sonra isə kompleksin meydanına qızıl axtarışında olan “Araz Naxçıvan”la “Qala” çıxıb. İlk oyunda naxçıvanlılar qələbə qazanıblar 100:85.

XƏBƏR LENTİ