İlk gündə 5 qızıl, 2 gümüş, 3 bürünc medal

Sayta qoyulub: 10:15 23.11.2013 (135 dəfə oxunub)

Noyabrın 22-dən “Sərhədçi” İdman Olimpiya Mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi start götürüb.
 
Proqrama əsasən, turnirin ilk günündə yunan-Roma güləşi üzrə bütün çəkilərdə qaliblər müəyyənləşib.
 
Azərbaycan güləşçiləri ümumilikdə 5 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olublar. Yığma komandamızın heyətində qızıl medalları Kamran Məmmədov (60 kq), Rəsul Çunayev (66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq) və Sabahi Sariat (120 kq) qazanıb. Yalnız final görüşündə uduzan Orxan Əhmədov (55 kq) və Vitali Rəhimov (66 kq) gümüş medalla kifayətlənib. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (60 kq) və Şəhriyar Məmmədov (84 kq) Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsinin bürünc medalını qazanıb.
 
Qalib və mükafatçılara medal, diplom, pul mükafatı ilə yanaşı, xüsusi olaraq Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi üçün hazırlanmış qol saatı və qızıl döş nişanları hədiyyə olunub.
 
55 kq
Bürünc medal - Şadibek Sulaymanov (KGZ) - Kanibek Jolçubekov (KGZ)
Bürünc medal - Eldəniz ƏZİZLİ - Janserik Sarsenbiyev (KAZ) 7-3
FİNAL - Orxan ƏHMƏDOV - Nursultan Kalmurzayev (KAZ) 3-3
 
60 kq
Bürünc medal - Rövşən TAĞIYEV - Pavel Saleev (RUS)
Bürünc medal - Samuel Betterman (USA) - Taleh MƏMMƏDOV 0-1
FİNAL - Kamran MƏMMƏDOV - Abdolmohammad Papi (İRİ) 4-0
 
66 kq
Bürünc medal - Dominik Etlinger (CRO) - Revaz Laxşi (GEO)
Bürünc medal - Davor Stefanek (SRB) - Omid Hacı Noorozi (İRİ) 
FİNAL - Vitali RƏHİMOV - Rəsul ÇUNAYEV 0-2
 
74 kq
Bürünc medal - Mikola Daraqan (UKR) - Manuçar Tsxadaia (GEO)
Bürünc medal - Uşanq Çitiaşvili (GEO) - Zəlimxan Mudeev (RUS)
FİNAL - Mark Madsen (DEN) - Rafiq HÜSEYNOV 1-5
 
84 kq
Bürünc medal - Şəhriyar MƏMMƏDOV - Georgi Tsirekidze (GEO) 7-1
Bürünc medal - Revazi Nadareşvili (GEO) - Viktor Lorinçz (HUN) 5-6
FİNAL - Saman TƏHMASİBİ - Cim Petterson (SWE) 4-0
 
96 kq
Bürünc medal - Fatih Başköy (TUR) - Suleyman Demirçi (TUR)
Bürünc medal - Beka Rogua (GEO) - Mixeil Kajaia (GEO)
FİNAL - Balasz Kiss (HUN) - Martin Nielsen (NOR)
 
120 kq
Bürünc medal - Mihali Deak Bardos (HUN) - Zaur Kodoev (RUS)
Bürünc medal - Behnam Nehdizade (İRİ) - Atilla Guzel (TUR)
FİNAL - Sabahi SARİAT - Yakobi Kajaia (GEO) 7-1

XƏBƏR LENTİ