"Rabitə" "Drezdner"ə qalib gəlib

Sayta qoyulub: 08:31 28.11.2013 (173 dəfə oxunub)

Qadın voleybolçular arasında Çempionlar Liqasının 3-cü turunun oyunları keçirilib. Azərbaycan çempionu “Rabitə” Almaniyada “Drezdner”in qonağı olub.

Təmsilçimiz almanlara heç bir şans verməyib. Belə ki, "Rabitə" səfərdə 3:0 hesablı qələbə qazanıb. Bununla da Bakı klubu qrup liderliyini geri qaytarıb.

 

Çempionlar Liqası

A qrupu

27 noyabr

 

Drezdner (Almaniya) - Rabitə (Azərbaycan) - 0:3 (19:25, 23:25, 20:25)


XƏBƏR LENTİ