►Lans Hafiz Məmmədovu ad günü münasibətilə təbrik etdi

Sayta qoyulub: 06:52 02.12.2013 (37 dəfə oxunub)

Bu gün "Bakı" futbol klubunun prezidenti Hafiz Məcid oğlu Məmmədovun ad günüdü.  "Zolaqlılar"ın rəhbəri 2 dekabr 1964-cü il tarixində Naxçıvan şəhərində anadan olub.

 

2004-cü ilin noyabr ayından etibarən “Bakı” Futbol Klubunun prezidenti, 2005-ci ildən AFFA İcraiyyə Komitəsinin üzvüdü. Hafiz Məmmədov eyni zamanda "Baghlan Group FZCO” şirkətinin prezidentidi. Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır. Ailəlidi, 3 övladı var.


Məmmədovun ad günü münasibətilə paytaxt klubunun ünvanına çoxsaylı təbriklər gəlir. Belə təbriklərdən biri də Fransanın Lans şəhərindən gəlib. “Lans” klubunun personalı, futbolçu və məşqçi heyəti, sadə fransızlar "Bakı"nın prezidentini özünəməxsus şəkildə təbrik ediblər.


Maraq üçün xatırladaq ki, Məmmədov Fransa 1-ci Liqasında çıxış edən "Lans" klubunun səhmlərinin böyük hissəsinin sahibidi.

 

 

XƏBƏR LENTİ