Xəzər Lənkəran Dənizlini nə vaxt ictimaiyyətə təqdim edəcək?

Sayta qoyulub: 06:53 02.12.2013 (39 dəfə oxunub)

"Xəzər Lənkəran" yeni baş məşqçisi Mustafa Dənizlini ictimaiyyətə təqdim etməyə hazırlaşır.Klubun mətbuat xidmətindən verilən məlumata görə, bu münasibətlə türkiyəli mütəxəssisin mətbuat konfransı təşkil olunacaq.

 

Bu tədbirin dekabrın 5-də keçirilməsi nəzərdə tutulub. Təqdimat mərasimi Bakıda keçiriləcək.

 

Qeyd edək ki, Dənizli hələlik Lənkərandadı. O, komandanı Topaz Premyer Liqasının 16-cı turunda baş tutacaq "İnter"lə oyuna hazırlayır. Türkiyəli mütəxəssis Bakıya elə komanda ilə birgə gələcək.

XƏBƏR LENTİ