Mustafa Dənizli "Xəzər-Lənkəran"ın məşqini kənardan izlədi

Sayta qoyulub: 10:39 02.12.2013 (48 dəfə oxunub)

Premyer Liqanın 15-ci turunda AZAL ilə heç-heçə edən “Xəzər Lənkəran” oyundan sonra bərpa məşqinə çıxıb. Məşq dünən “Xəzər Lənkəran”ın bazasında reallaşıb.

Hazırlıq yüngül qaçış və bərpaedici hərəkətlərdən ibarət olub. Hazırlığa italyan məşqçi Covanni Melkiore rəhbərlik edib. Yeni baş məşqçi Mustafa Dənizli isə hazırlığı kənardan izləyib.

Məşqdə zədədən əziyyət çəkən Embilla Etame iştirak etməyib. Məlumat üçün deyək ki, Etame Mustafa Dənizlinin “Xəzər Lənkəran”ın heyətində tanıdığı yeganə futbolçudur.

XƏBƏR LENTİ