Ruslan Abışovun adı "Rubin" - "Amkar" matçının iştirak ərizəsində

Sayta qoyulub: 17:48 02.12.2013 (51 dəfə oxunub)

Futbol üzrə Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilir. Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu Rusiyanın "Rubin" klubu da bu gün növbəti matçına çıxacaq. Həmyerlimizin komandası doğma meydanda "Amkar"la üz-üzə gələcək. Abışovun bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Baş məşqçi Kurban Berdıyev onun adını bu görüşün iştirak ərizəsinə daxil edib. Futbolçumuz ehtiyatda şans gözləyir.Qeyd edək ki, "Rubin" geridə qalan turlarda 20 xal toplayıb və hazırda 11-ci pillədə qərarlaşıb.

XƏBƏR LENTİ