David Alaba "Bavariya" ilə müqaviləsini artırdı

Sayta qoyulub: 18:03 02.12.2013 (47 dəfə oxunub)

"Bavariya"nın müdafiəçisi David Alaba klubla müqaviləsini yeniləyib. Yeni sövdələşməyə əsasən, avstriyalı futbolçu daha üç il münhenlilərin şərəfini qoruyacaq. "Bavariya"nın yetirməsi olan 21 yaşlı Alaba ilk rəsmi matçına 2010-cu ildə çıxmışdı. Qeyd edək ki, Pep Qvardiolanın əsas oyunçularından olan Alaba bu mövsüm bundesliqada 13 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

XƏBƏR LENTİ