"Qaradağ-Lökbatan"-"Rəvan" oyununun yeri dəyişdirildi

Sayta qoyulub: 19:34 02.12.2013 (29 dəfə oxunub)

Lökbatan Olimpiya Kompleksinin qazonu bərbad olduğu üçün “Rəvan” “Qaradağ Lökbatan”la kubok oyununun məkanının dəyişməsini istəmişdi. Bununla əlaqədar olaraq, Peşəkar Futbol Liqasının qapısını döyən “Rəvan” belə bir cavab almışdı: “problemi “Qaradağ Lökbatan”la həll edin”.

Artıq iki klub arasında danışıq və razılıq əldə olunub. “Rəvan” klubunun mətbuat xidmətinin rəhbəri Elvin Yaqubov deyib ki, matç həmin gün “Bayıl Arena”da reallaşacaq:

“PFL bunu sabah rəsmən açıqlayacaq. Biz artıq razılığa gəlmişik ki, matç “Bayıl arena”da keçirilsin. Matçın başlanma saatı hələ ki, bəlli deyil. Sadəcə, biz qarşı tərəfə təşəkkür edirik ki, gözəl futbol naminə dəyişikliyə mane olmadılar”.

 

Qeyd edək ki, “Qaradağ Lökbatan” nominal meydança sahibi olacaq..

XƏBƏR LENTİ