"Azəryol"un baş məşqçisi: "Sabahkı oyuna yaxşı köklənmişik"

Sayta qoyulub: 21:15 02.12.2013 (198 dəfə oxunub)

“Mən İtaliyadakı məğlubiyyətə görə çox üzülmüşdüm. Həmin qarşılaşmada 2 dəfə hesabda önə keçsək də, tay-brekdə uduzduq”. Bunu “Azəryol”un baş məşqçisi Ancelo Vercesi deyib. 

Braziliyalı mütəxəssis Çempionlar Liqasının IV turunda “Konegliano” (İtaliya) oyun haqda fikirlərini açıqlayıb. Qrupda vəziyyətlərinin elə də yaxşı olmadığını dərk edən Vercesi sabah Bakıda keçiriləcək görüşün onlar üçün vacib əhəmiyyət daşıdığını vurğulayıb: “Bu matça çox ciddi hazırlaşırıq. Bizi gərgin qarşılaşma gözləyir. Voleybolçularımız da hər şeyi dərk edərlər. Bunun üçün də onlar bu qarşılaşmaya tam kökləniblər”. 

Qeyd edək ki, Voleybol Mərkəzində keçiriləcək “Azəryol” – “Konegliano” oyunu saat 18:00-da başlayacaq.
 

XƏBƏR LENTİ