Taekvandoçularımız Avropa çempionatına yollanır

Sayta qoyulub: 12:02 30.04.2012 (306 dəfə oxunub)

Azərbaycan taekvondoçuları Avropa çempionatına yola düşüblər. Federasiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Böyük Britaniyanın Mançester şəhərində keçiriləcək yarışda ölkəmizi 14 idmançı təmsil edəcək.

Kişilərdən ibarət milli komandamızın baş məşqçisi Ələkbər İmaməliyev kişilərdən Mikayıl Əliyev (54 kq), Samir Aydınov (58 kq), Ramik Nəzərov (63 kq), Elvin Məmmədov (68 kq), İlkin Şahbazov (74 kq), Fərid Tağızadə (87 kq,) Ramin Əzizov (80 kq) və Aydın Bəhməlova (+87 kq), qadınların baş məşqçisi Sun Mi Park isə Xəyalə Quliyeva (46 kq), Türkanə Tahirli (49 kq), Aygül Abdullayeva (53 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (62 kq) və Fəridə Əzizovaya (67 kq) güvənib. Artıq Mançesterdə olan komandamız iki günlük yüngül məşqlərin ardından 3 - 6 mayda yarışa qatılacaq.

Qeyd edək ki, mayın 2-də Avropa Taekvondo Birliyi (ETU) İcraiyyə Komitəsinin iclası keçiriləcək. Tədbirə Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti və ETU-nun vitse-prezidenti Füzuli Musayev də qatılacaq.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ