"İqtisadçı" "Telekom"u məğlub etdi

Sayta qoyulub: 18:50 14.12.2013 (159 dəfə oxunub)

Bu gün qadın voleybolçular arasında Super Liqanın V turunun qarşılaşmalarına start verilib. Voleybol Mərkəzində keçirilən ilk oyun günündə 1 görüş baş tutub. 
Görüşdə “İqtisadçı” “Telekom”u sınağa çəkib. Son 2 turda avrokubok qarşılaşmalarına görə oyunları təxirə salınan “tələbələr” matçı qələbə ilə başa vurublar. 
Düzdür, ilk seti “Telekom” aktivinə yazıb. Lakin gənclərdən qurulan komandanın bundan artığına gücü çatmayıb. Ardınca hər 3 setdə inamlı oynayan Bülənt Karslıoğlunun yetirmələri 3:1 hesabı ilə qalib gəliblər. Onlar bununla da ikinci pillədəki yerlərini qoruyublar. 

V tur
14 dekabr

“İqtisadçı” – “Telekom”  3:1 (19:25, 25:15, 25:19, 25:19)

 

Rabitə
3
3
0
9-1
253-195
9
İqtisadçı
3
3
0
9-3
280-242
8
Azəryol
3
2
1
7-6
286-295
5
Azərreyl
4
1
3
7-9
356-362
5
Lokomotiv
4
1
3
5-9
275-321
4
Telekom
5
1
4
5-14
392-427
2

Qeyd edək ki, turun sabah baş tutacaq digər matçında “Lokomotiv” “Azəryol”la üz-üzə gələcək. Bu dəfə isə “Azərreyl” – “Rabitə” qarşılaşması təxirə salınıb. 

XƏBƏR LENTİ