Telekom dominikanlı oyunçu ilə gücləndi

Sayta qoyulub: 12:40 16.12.2013 (154 dəfə oxunub)

“Telekom” növbəti transferini rəsmiləşdirib. Gənc və perspektivli voleybolçularla işləməyə üstünlük verən Bakı təmsilçisi bu dəfə Dominikan Respublikası millisinin daha bir liberosunu Azərbaycan gətirib.
Belə ki, “Telekom” mərkəzi amerikalı Vinnifer Fernandezi rənglərinə bağlayıb. 18 yaşı olmasına baxmayaraq, ölkəsinin müxtəlif millilərində 60 qarşılaşmaya çıxan voleybolçu təmsilçimizə yerli “Junior NT” klubundan gəlib. 169 sm boya malik Fernandez burada az öncə komandadan kənarlaşdırılan Arina Baxramovanı əvəzləyəcək.
Qeyd edək ki, Dominikan Respublikası yığmasının əsas liberosu Brenda Kastillo da “Rabitə”də oynayır.
 

Apasport.az

XƏBƏR LENTİ