MY-nın gizli transfer hədəfi kimdir?

Sayta qoyulub: 20:34 16.12.2013 (420 dəfə oxunub)

Mançester Yunayted komandası qış transfer hazırlıqlarına indidən başlayıb.Komanda əsasən yarımmüdafiə xəttini gücləndirmək fikrindədir. Əsas hədəf isə yayda baş tutmayan transfer Ander Erreradır. Mançesterlilər bunun üçün artıq Bilbao təmsilçisi ilə danışıqları bərpa ediblər. Onunla birlikdə Marko Roys üçün də əməliyyat başlayıb. İngilislər gənc alman futbolçuya görə 30 milyon funt ödəməyə hazırdırlar.

İngiltərə mətbuatının ən maraqlı xəbəri isə digər bir transferlə bağlıdır.Bu gün yayılan xəbərə görə Devid Moyes gözünü Andres İnyetsaya dikib. Məlum olduğu kimi Andreslə Barselona arasında hələ ki, yeni müqavilə imzalanmayıb. Bu səbəbdən də Mançester Yunayted futbolçunu öz tərəfinə çəkmək istəyir.

MY-nın gizli transfer hədəfi kimdir?

XƏBƏR LENTİ