Frank De Bur Tottenhemin təklifini rədd etdi.

Sayta qoyulub: 20:20 19.12.2013 (77 dəfə oxunub)

Ayaksın baş məşqçisi Frank De Bur Tottenhemin təklifini rədd edib.Londonluların texniki direktoru Franko Baldini Amsterdam klubuna 43 yaşlı mütəxəssis üçün təklif göndərmişdi.Lakin hollandlar təklifi qəbul etməyiblər.De Bur 2010-cu ildən Ayaksı çalışdırır.Bu yay o klubla müqaviləni 4 illiyinə artırıb.Əlavə edək ki, bu yay Hollandiya komandasından Vertongen və Eriksen Tottenhemə transfer edilib.

 

Frank De Bur Tottenhemin təklifini rədd etdi.

XƏBƏR LENTİ