Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Mahir Şükürov Foqtsa hansı məsləhəti verdiyini açıqladı

Sayta qoyulub: 14:25 09.03.2012 (523 dəfə oxunub)

“Təlim-məşq toplantısı zamanı millinin qapıçısı Andrey Popoviç uşaqlıq edərək əyləndikləri yerdə olan şəkilləri sayta yerləşdirib. Yığmanın baş məşqçisi Berti Foqts mənimlə və Rəşad Sadıqovla məsləhətləşdi. Mən də onlara pul cəzasının kəsilməsinin daha yaxşı olduğunu bildirdim”.

Millimizin baş məşqçisi Berti Foqts bu gün jurnalistlərə deyib ki, Dubayda barda əylənən futbolçular – Andrey Popoviç, Aleksandr Çertoqanov, Ufuk Budak, Vladimir Levin barəsində cəza çıxararkən yığmanı kapitanı Rəşad Sadıqov və vitse-kapitan Mahir Şükürovla məsləhətləşib. O, millidə futbolçularla bağlı məsələlər zamanı adları çəkillən oyunçularla məsləhət apardığını vurğulayıb.

Mahir Şükürov bildirib ki, o, maddi cəzayla bağlı təklifi təsadüfən verməyib: “Belə cəza lazım idi ki, bir də bu hərəkəti təkrarlamasınlar. Bu sözlərim tək onlara yox, bütün futbolçulara aiddir”.

Millinin digər oyunçuları Saşa Yunisoğlu barədə beş min manatlıq cərimə və Vaqif Cavadovun yığmadan uzaqlaşdırılması zamanı Foqtsun kapitan və vitse-kapitanla məsləhət edib-etməməsi haqda Şükürov deyib: “Saşa Yunisoğlunun cəzalanmasında mənimlə məsləhətləşməyiblər. Vaqif Cavadov barəsində bildirdiyimiz müsbət fikirlərə görə bir çox insanlar tərəfindən bizə minnətdarlıq da edildi. Biz öz payımıza düşəni etmişdik. Lakin son qərarı baş məşqçi Berti Foqts verir”.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat