Alonso özünə nömrə seçdi

Sayta qoyulub: 19:22 22.12.2013 (267 dəfə oxunub)

Məlum olduğu ki, FİA sürücülərdən xahiş edib ki, milad bayramına qədər Formula1-də karyeraları boyu çıxış etmək istədikləri nömrələri (3 nömrə seçə bilərlər, biri təsdiq olunacaq) yazılı surətdə federasiyaya göndərsinlər. Bir çox sürücülər artıq seçimlərini ediblər. İkiqat dünya çempionu Fernando Alonso isə 14 rəqəmini seçib və bunu belə izah edib...

Fernando Alonso: "Bu nömrə mənə həmişə uğur gətirib. Mən kartinq turnirində 14 yaşımda qalib gəlmişəm, həmin tarix yaxşı yadımdadır - 14 iyul 1996-cı il. Çıxış etdiyim kartın nömrəsi də 14 idi. İndi baxaq görək, Formula1-də bu nömrə mənə uğur gətirəcəkmi?"

XƏBƏR LENTİ