İspaniya çempionatında 17-ci tura yekun vuruldu

Sayta qoyulub: 09:38 23.12.2013 (47 dəfə oxunub)

İspaniya çempionatında 17-ci turun oyunlarına yekun vurulub. “Barselona” və “Real” səfərdə növbəti qələbələrini qazanıblar. “Atletik” isə öz meydanında “Rayo Valekano”dan güclü olub.


Cari mövsümə yaxşı başlayan və Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Atletik” növbəti vacib qələbəsini qazanıb. Güclü azarkeş dəstəyi ilə oyuna sürətli hücumlarla başlayan Bilbao təmsilçisi 31-ci dəqiqədə hesabı açıb. Mikel San Xosenin zərbəsi dəqiq alınıb. Bundan sonra da ərazi üstünlüyü meydan sahiblərində olub. Amma 61-ci dəqiqədə “Rayo Valekano” futbolçuları gözlənilmədən hesabı bərabərləşdiriblər. Alberto Bueno yerli azarkeşləri məyus edib. Amma çox keçmədən “Atletik” yenidən hesabda önə keçib. Mikel Riko Adurisin ötürməsindən sonra komandasının qələbə qolunu vurub.


Turun mərkəzi görüşü “Mestalya”da keçirilib. “Valensiya” və “Real” arasındakı oyun gözlənildiyi kimi maraqlı və gərgin alınıb. Hesabı Madrid klubunun futbolçuları açıblar. 28-ci dəqiqədə Di Mariyanın zərbəsi Quaita üçün qarşısı alınmaz olub. 34-cü dəqiqədə “Valensiya” hesabı barabərləşdirib. La Liqanın ən bəstəboy futbolçusu Pablo Pyatti Ramosu qabaqlayaraq topu qapıdan keçirib. Azarkeşlər növbəti qolu görmək üçün də çox gözləməli olmayıblar. Di Mariya bu dəfə məhsuldar ötürməylə yadda qalıb. Topu isə qapıdan Kriştiano Ronaldo keçirib.


Matçın 2-ci hissədi də sürətli tempdə keçib. 62-ci dəqiqədə Jeremi Matyö qonaq komandanın müdafiəçilərinin səhvindən yararlanaraq, yenidən hesabı bərabərləşdirib. Amma “Valensiya” bu hesabı qoruya bilməyib. 82-ci dəqiqədə Xese “Real” azarkeşlərini sevindirib.



İspaniya La Liqası

18-ci tur


20 dekabr

“Elçe” – “Malaqa” - 0:1

Kamaço, 6

Qırmızı vərəqə: D. Suares, 61 (Elçe)


21 dekabr

“Vilyarreal” – “Sevilya” - 1:2

Perbe, 88 (pen.) – Kala, 24, Bakka, 71

Qırmızı vərəqə: Kala (Levante)



“Betis” – “Almeriya” - 0:1

Azez, 4



“Atletiko” – “Levante” - 3:2

Qodin, 30, Kosta, 47, 76 (pen.) – İvanşits, 2, Rios, 56

Qırmızı vərəqə: Xuanfran Qarsiya, 90 (Levante)



“Qranada” – “Real Sosyedad” - 1:3

Piti, 37 – Vela, 29, 65, Qriezmann, 42


22 dekabr

“Esoanyol” – “Valyadolid” - 4:2

Qarsiya, 5, Stuani, 37, 70, Mata, 68 – Querra, 75, Peres, 89



“Xetafe” – “Barselona” - 2:5

Eskudero. 10, Lopes, 14 – Pedro, 34, 40, 42, Fabreqas, 68, 71 (pen.)



“Atletik” – “Rayo Valyekano” - 2:1

San Xose, 31, Riko, 65 – Bueno, 61



“Selta” – “Osasuna” - 1:1

Lolo (öz qapısına), 34 - Armenteros, 17



“Valensiya” – “Real” - 2:3

Pyatti, 34; Matyö, 62 - Di Maria, 28; Ronaldo, 40; Xese, 82

XƏBƏR LENTİ