"Qəbələ" AZAL-ın futbolçusunu transfer edir

Sayta qoyulub: 11:14 23.12.2013 (42 dəfə oxunub)

“Qəbələ” qış fasiləsində ilk transferini gerçəkləşdirmək üzrədir. Yuri Syominin baş məşqçisi olduğu komandanın tapıntısı yerli futbolçudur. 
Belə ki, əyalət təmsilçisi mövsümün ilk yarısında AZAL-da çıxış edən Ruslan Tağızadəni heyətinə qatıb.  “Xəzər Lənkəran”ın da hədəfində olan 20 yaşlı müdafiəçi liderlər qrupunda olan komandaya keçməyə qərar verib.
Qeyd edək ki, cari mövsümdə Premyer Liqada 13 oyun keçirən Tağızadə ölkə çempionatlarında 66 matçda 5 qol vurub. Bütün qollarını AZAL-da vuran arxa xətt oyunçusu bu klubda 38 görüşə çıxıb. 
Bunadək isə “Neftçi”, “Abşeron” və “Sumqayıt”da çıxış edib. O, U-21-in heyətində AVRO-2015-in seçmə mərhələsində 2 oyun keçirib.
 

XƏBƏR LENTİ