Güləş üzrə Azərbaycan çempionatında ikinci günün nəticələri

Sayta qoyulub: 11:22 23.12.2013 (167 dəfə oxunub)

“Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir. Çempionatın ikinci günündə yunan-Roma güləşi üzrə 84, 96 və 120 kq, sərbəst güləş üzrə 55 və 60 kq çəki dərəcələrində 116 pəhləvan çempionluq uğrunda mübarizə aparıb. Qalib və mükafatçılar aşağıdakılardır. 

 

Yunan-Roma güləşi üzrə
           
84 kq 
1. Mate Savadze - Atasport
2. Orxan Nuriyev - Neftçi İSM
3. Rafiq Hüseynov - DİN İC
3. Elvin Mürsəliyev - Neftçi İSM 
    96 kq 
1. Araz Həsənov - Neftçi İSM
2. Şəhriyar Məmmədov - DİN İC
3. Məhəmməd Şabanov - Atasport
3. Adil Hüseynov - DİN İC
    120 kq 
1. Valera Rodriges - Atasport
2. Abbas Abdullayev - Atasport
3. Səbuhi Hümbətov - Pəhləvan
3. Qoşa Davitadze - Atasport
             
Sərbəst güləş üzrə
           
55 kq
1. Namiq Sevdimov - DİN İC
2. Yaşar Əliyev - Abşeron, Neftçi İSM
3. Emin Hüseynov - Neftçi İSM
3. Aldar Aldarov - Atasport
    60 kq
1. Hacı Əliyev - Neftçi İSM
2. Qalib Əliyev - Neftçi İSM
3. Ümüd Məmmədov - Sumqayıt, Neftçi İSM
3. Əhmədnəbi Qvarzatilov - Atasport
     

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunur, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb edilir və tam dəst idman geyimi ilə təmin olunurlar. Çempionatın son günündə sərbəst güləş üzrə 66, 74, 84, 96 və 120 kq çəki dərəcələrində güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcək.

XƏBƏR LENTİ