"İnter" braziliyalı futbolçunu transferə çıxardı

Sayta qoyulub: 13:37 23.12.2013 (72 dəfə oxunub)

Mövsüm başa çatdıqdan dərhal sonra Daniel Genov və İlço Naumoski ilə yollarını rəsmən ayıran “İnter” klubu daha bir oyunçusu ilə vidalaşmaq niyyətindədir.

Bu, braziliyalı de Souza Dantas Joao Paulodur. 25 yaşlı müdafiəçi klub tərəfindən transferə çıxarılıb. Böyük ümidlərlə gətirilməsinə baxmayaraq, heç nə ilə yadda qalmayan oyunçunu transfer etmək istəyən klub “İnter”ə müraciət etməlidir.

Qeyd edək ki, “İnter” qış fasiləsinə 4-cü pillədə gedib.

XƏBƏR LENTİ