Nizami Hacıyev "Qəbələ"də qalacaq

Sayta qoyulub: 21:52 23.12.2013 (12 dəfə oxunub)

Polşanın “Poqon” klubuna keçəcəyi deyilən “Qəbələ”nin futbolçusu Nizami Hacıyevin bu istəyi baş tutmayıb. Onun mövsümün qalan hissəsini də ölkəmizdə oynayacağı dəqiqləşib.
Futbolçu Polşadan zəng gözləsə də, bu baş verməyib. Daha doğrusu, “Poqon” klubu “Qəbələ”yə rəsmi təklif göndərməyib və beləcə bu keçid yenə baş tutmayıb.
Qeyd edək ki, Nizami Hacıyevin ötən ilin sonlarında da “Poqon”a keçidi baş tutmamışdı.
 

XƏBƏR LENTİ