AFFA-dan "Neftçi" ilə bağlı sərt qərarlar

Sayta qoyulub: 11:16 24.12.2013 (20 dəfə oxunub)

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Topaz Premyer Liqasının XVIII turunun oyunlarındakı pozuntularla bağlı qəralar verilib.İclasda AZAL – “Neftçi” matçında və oyundan sonrakı olayla daha çox müzakirə mövzusu olub. Qərara əsasən, AZAL-ın 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.Matçın 80-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Mahir Şükürov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə edilib.Oyunun 83-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Elvin Yunuszadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu iki oyunluq cəzalanıb, klub 2000 manat cərimələnib.Oyunun 83-cü dəqiqəsində “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.Oyun başa çatdıqdan sonra “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə edilib.

XƏBƏR LENTİ