"İqtisadçı" amerikalı voleybolçu ilə müqaviləni pozdu

Sayta qoyulub: 11:44 24.12.2013 (141 dəfə oxunub)

Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparacaq “İqtisadçı” bir voleybolçusu ilə yollarını ayırıb. Universitet komandası mövsümün əvvəlində transfer etdiyi Ariel Uilsonla müqaviləni qarşılıqlı şəkildə pozub. Nəticədə ötən il “Azərreyl”də oynayan amerikalı blokçu vətəninə dönüb. 
Qeyd edək ki, Uilsondan öncə Valentina Serena ilə vidalaşmağı planlaşdıran “İqtisadçı” italiyalını hələ heyətində saxlamağı lazım bilib.
 

XƏBƏR LENTİ