Daha 2 futbolçu "Rəvan"dan gedir

Sayta qoyulub: 11:59 24.12.2013 (37 dəfə oxunub)

Müdafiəçi Sohib Sovankulov artıq paytaxt klubuna lazım deyil. Bundan əlavə, böyük ümidlərlə gətirilən, amma heç nə ilə yadda qalmayan Fredrix Holster də aslanlara uyğun oyunçu deyil. Legioner futbolçunun ehtiyat oyunçular skamyasında oturmasına yaxşı baxmayan Diniyev onu göndərmək barədə düşünür. Qeyd edək ki, Holster vaxtilə İsveçin U-19 millisində çıxış edib. Amma indi öz bacarığını göstərə bilmir.

Məlumat üçün deyək ki, hücumameyilli yarımmüdafiəçi Vladislav Qədirovun dönəmində “Rəvan”a cəlb olunub.


XƏBƏR LENTİ