Ölkə çempionatında ilk dövrə başa çatdı

Sayta qoyulub: 13:43 01.05.2012 (312 dəfə oxunub)

Kişilər arasında otüstü hokkey üzrə XI Azərbaycan çempionatının yüksək dəstəsində mübarizə aparan “Akkord” klubu ilk dövrəni lider kimi başa vurub. Azerisport.az xəbər verir ki, klub “Gənclik” (6:0), “Atasport” (4:1), “Şahdağ” (6:4) kollektivləri üzərində inamlı qələbə qazanaraq, ilk dövrəni 9 xalla 1-ci yerdə başa vurub.
 
Çempionatın ikinci dövrəsinə mayın 12-də start veriləcək. Qeyd edək ki, may ayının 25-dən 28-dək Slovakiyanın Bratislava şəhərində Çempionlar Kuboku yarışları keçiriləcək. Ötənilki Azərbaycan çempionatının qalibi kimi bu yarışlarda çıxış edəcək “Akkord” klubu III diviziona daxil olan komandalar arasında yüksək nəticə göstərmək üçün səylərini ortaya qoyacaq. Komandamızın rəqibləri Slovakiyanın “Senkvise”, Türkiyənin “Qaziantep” və Bolqarıstanın “Lokomotiv” klublarıdır.

XƏBƏR LENTİ