4 qat dünya çempionu 27 yaşında avtomobil qəzasında öldü

Sayta qoyulub: 10:27 29.12.2013 (317 dəfə oxunub)

Olimpiya oyunlarının ikiqat mükafatçısı, 4 dəfə dünya çempionatını qazanan rusiyalı güləşçi Besik Kuduxov avtomobil qəzasında həlak olub. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Qəza zamanı Kuduxovun maşını yükdaşıyan avtomobillə toqquşub. Qeyd edək ki, rusiyalı güləşçinin 27 yaşı vardı. Karyerası ərzində o, London Olimpiadasında gümüş, Pekində isə bürünc medal qazanmışdı.

XƏBƏR LENTİ