Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Güləş üzrə son Olimpiya təsnifat turniri başlayır

Sayta qoyulub: 05:49 02.05.2012 (563 dəfə oxunub)

 

4-6 may tarixlərində Finlandiyanın Vantaa şəhərində güləş üzrə son Olimpiya təsnifat turniri keçiriləcək.

Azərbaycanı bu yarışda beş idmançı təmsil edəcək. Sərbəst güləşçilərin turnirində mübarizəyə Mahmud Məhəmmədov (55 kq), yunan-Roma güləşində Vitali Rəhimov (66 kq) və Məsud Həşimzadə (120 kq), qadınlar arasında Nadya Sementsova (63 kq) və Dina İvanova (72 kq) qoşulacaqlar.

Finlandiyaya, həmçinin, yunan-Roma güləşi üzrə yığmamızın baş məşqçisi Saleh Bora, sərbəst güləş yığmamızın böyük məşqçisi Firdovsi Umudov, qadınlardan ibarət güləş yığmamızın baş məşqçi əvəzi Məhəmməd Əliömərov, qadınlardan ibarət yığmamızın böyük məşqçisi Qrek İqnat, eləcə də Olimpiya dərəcəli hakim Əjdər Cəfərov və beynəlxalq dərəcəli hakim İntiqam Alıyev də yola düşəcəklər.

Turnirin proqramına əsasən, mayın 4-də sərbəst güləşçilər, mayın 5-də və 6-da isə yunan-Roma və qadın güləşçilər mübarizəyə qoşulacaq.
Qeyd edək ki, bu günədək güləşçilərimiz London Olimpiadasına 13 lisenziya qazanıb. Yunan-Roma güləşi üzrə Rövşən Bayramov (55 kq), Kamran Məmmədov (60 kq), Emin Əhmədov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq), sərbəst güləş üzrə Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (90 kq), Cəmaləddin Məhəmmədov (120 kq) və qadın güləşində Mariya Stadniklə (48 kq) Yuliya Ratkeviç (55 kq) Olimpiya Oyunlarına vəsiqə qazanıb.
  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ

    istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
    Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
    Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
    cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat