Alonso PSJ yolunda. Ən son transfer xəbərləri

Sayta qoyulub: 12:26 05.01.2014 (534 dəfə oxunub)

Alonso PSJ yolunda. Ən son transfer xəbərləri

* Transfer çalışmalarını davam etdirən "Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirəcək. Klubun rəsmi saytının verdiyi xəbərə görə, Superliqa nəhəngi İsveçrə çempionatında çıxış edən "Qrasohppers"in üzvü İzet Hayroviçin keçidini reallaşdırmaq üzrədi. Məlumatda bildirilir ki, "Cim Bom" artıq bosniyalı futbolçu və klubu ilə danışıqlara başlayıb. Yaxın vaxtlarda 22 yaşlı oyunçu ilə müqavilə imzalanacaq. "Qalatasaray" daha öncə "Qremio"nun müdafiəçisi Aleks Teyleşin transferini həll etmişdi.

Alonso PSJ yolunda. Ən son transfer xəbərləri

* "Çelsi" klubunun "İnter"in futbolçusu Fredi Quarini transfer etmək cəhdi baş tutmayıb. Buna Milan təmsilçisinin "Çelsi"nin təklifini geri çeirməsi səbəb olub. Belə ki, London klubu kolumbiyalı futbolçunun keçidi üçün qarşı tərəfə 13 milyon avro təklif etsə də, "İnter" bu məbləğlə razılaşmayıb. İtaliya klubunun 27 yaşlı futbolçunun transferi üçün ən azı 15 milyon avro istədiyi bildirilir.

 

Almaniyanın "Bayer" (Leverkuzen) klubu Madrid "Atletiko"sunun futbolçusu Arda Turanı transfer etmək istəyir. Bu barədə xəbəri Almaniya mətbuatı yazıb. "Bayer" klubunun təcrübəli futbolçu ilə tezliklə danışıqlara başlayacağı gözlənilir.

 

"Real Madrid" gələn həftə Xabi Alonso ilə yeni müqaviləsi haqda danışıqlara başlayacaq. ABC xəbər verir ki, Madrid klubu futbolçuya "2+1" formatı ilə sözləşmə təklif edəcək. Eyni zamanda, Florentino Peres başqa komandadan sərfəli təklif gələcəyi halda Alonsonu buraxacağına dair söz verməyə hazırdır.

Alonso PSJ yolunda. Ən son transfer xəbərləri

Bu arada, ispaniyalı futbolçu PSJ-nin əsas hədəflərinən birinə çevrilib. Fransa mətbuatının məlumatına görə, Paris klubu Xabi Alonsoya ümumi dəyəri 40 milyon avro olan 3 illik müqavilə təklif etməyə hazırdır.

 

“İnter” heyətini “Torino”nun yarımmüdafiəçisi Danilo D`Ambrozio ilə gücləndirib. Bu barədə Sky İtalia məlumat yayıb. Futbolçu yeni komandasıyla 3,5 illik müqavilə imzalayıb. Onun transferi Milan klubuna 2 milyon avroya başa gəlib.

 

Hücum xəttini gücləndirmək istəyən “Beşiktaş” Kiyev “Dinamo”sunun futbolçusu Braun İdeye ilə maraqlanır. İstanbul klubu nigeriyalı forvardı mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır.

 

“Nyuellz Old Boyz” klubunun aparıcı futbolçularından biri – Pablo Peres karyerasını İspaniyada davam etdirəcək. “Malaqa” argentinalı yarımmüdafiəçini 1 milyon avro müqabilində heyətinə qatıb.

 

“Mançester Yunayted” “Napoli”nin yarımmüdafiəçisi Görhan İnlərə görə təklif hazırlayır. Güman olunur ki, İsveçrə millisinin futbolçusu “Lion”un futbolçusu Maksim Qonalonun gəlişindən sonra əsas heyətdəki yerini itirəcək. Buna görə də İnlər komandasını dəyişmək fikrinə düşüb.

Alonso PSJ yolunda. Ən son transfer xəbərləri

"Trabzonspor" klubu hücumçu axtarışlarını davam etdirir. Trabzon təmsilçisi bu dəfə "Benfika"nın forvardı Oskar Kardozoya elçi düşüb. Türkiyə klubu paraqvaylı futbolçu ilə danışıqlara start verib. "Benfika"yla 2016-cı ilə qədər müqaviləsi olan Kardozonun təzminat qiyməti 14 milyon avrodur. Lakin "Trabzonspor" klubu 30 yaşlı futbolçunu daha aşağı məbləğə transfer etməyi planlaşdırır.

 

“Beşiktaş”ın xavbeki Oğuzxan Özyakub “Roma”nın maraq dairəsünə düşüb. Romalılar yayda 21 yaşlı futbolçunu transfer etməyə çalışacaqlar.

 

PSJ-nin sabiq hücumçusu Giyom Oaro yenidən Fransaya qayıdıb. Son klubu Çinin “Dalyan” klubu olan forvard “Bordo”ya keçib. 

 

“Sivasspor” “Bursaspor”un hücumçusu Tuncay Şanlı ilə maraqlanır. Komandanın baş məşqçisi Roberto Karlos vaxtilə çiyin-çiyinə oynadığı türkiyəli forvardın transferini şəxsən istəyib.

Alonso PSJ yolunda. Ən son transfer xəbərləri

XƏBƏR LENTİ