2014-cü ilin ilk yarışı - "Paris Open"

Sayta qoyulub: 14:23 06.01.2014 (150 dəfə oxunub)

Azərbaycan karateçiləri 2014-cü ilin ilk yarışı ərəfəsindədirlər. Milli komandamız nüfuzlu «Paris Open» beynəlxalq turnirinə hazırlaşır. Dünya Karate Federasiyasının (WKF) Premyer Liqa silsiləsindən ənənəvi yarışda 14 idmançımız iştirak edəcək.


Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə Fransanın paytaxtında mötəbər yarışa əməkdar məşqçilər Şahin Xudaverdiyev və Vahid Ayvazov, eləcə də baş məşqçinin köməkçisi Rəşad Hüseynov ilə hazırlaşan karateçilərimiz yanvarın 9-da yola düşəcəklər. Məşqçilər heyəti «Paris Open» turnirinə aşağıda adları qeyd edilən idmançıları daxil edib: 


1. Əmirov Məcid (-60 kq)


2. Həsənov Rafiz (-67 kq)


3. Əliyev Niyazi (-67 kq)


4. Ağalarzadə Tural (-67 kq)


5. Məmmədov Samir (-75 kq)


6. Quluzadə Şahin (-75 kq)


7. Mamayev Ayxan (-84 kq)


8. Abdullayev Pənah (-84 kq)


9. Əlizadə Rəsul (-84 kq)


10. Qurbanlı Asiman (-84 kq)


11. Cəfərov Əli (+84 kq)


12. Balcanlı Tural (kata)


13. Əliyeva Nuranə (-50 kq)


14. Qasımova İlahə (-55 kq)


11-12 yanvar tarixlərində Parisdə WKF Premyer Liqasında beynəlxalq dərəcəli hakimlərimiz, AMKF-in vitse-prezidenti Yusif Məmmədov və AMKF Hakimlər komitəsinin sədri Cahangir Babayev ənənəvi turniri idarə edən referilər arasında olacaqlar.


Bu mötəbər yarışın favoritlərindən sayılan Rafael Ağayev (-75 kq) dizindən əməliyyat olunduğuna görə "Paris Open"-də iştirak edən heyətə daxil edilməyib. Fransaya yola düşən AMKF-in heyəti ayın 14-də vətənə dönəcək.

 

2014-cü ilin ilk yarışı - "Paris Open"

XƏBƏR LENTİ